UEFA Konfrans Liqasında iştirak edən “Qəbələ” Kiprdə “Omoniya”nın qonağı olub.

Əyalət təmsilçisi səfərdə də rəqibinə uduzaraq avrokuboklarda mübarizəni dayandırıb. Hesab 5-ci dəqiqədə açılıb. Qəbələ şəhər stadionunda het-trik müəllifi olan ukraynalı yarımmüdafiəçi Roman Bezus bu dəfə də kiprli azarkeşləri sevindirib. Futbolçu yarım saatın tamamında daha bir qol vuraraq du dəfə dublunu rəsmiləşdirib. 8 dəqiqə sonra Adam Lanq hesabı 3:0-a çatdırıb. İkinci hissədə komandamız buraxılan toplardan birinin əvəzini çıxıb. Ahmed Ayzaya fərqi 2 topa endirib. Lakin az sonra meydan sahibləri daha bir qol vuraraq mübarizəyə nöqtə qoyublar. Villi Semedo fərqlənib. “Omoniya” – “Qəbələ” 4:1. Bununla da komandamız ümumi nəticədə Kipr klubuna 7:3 hesabı ilə uduzaraq Avrokuboklarla erkən vidalaşıb.